28 Nisan 2016 Perşembe

Layihəm haqqında fikir,irad və təkliflərinizi bizə yaza bilərsiniz.



   Əvvəlcədən sizlərə dərin təşəkkürümü bildirirəm!

27 Nisan 2016 Çarşamba

krossvordun acilmasi acilmasi

18 Nisan 2016 Pazartesi

https://animoto.com/play/vb692Pyrxma4Escy8aU1XQhttps://animoto.com/play/vb692Pyrxma4Escy8aU1XQ
Biz alqoritim mövzusunda araşdırma apardıq və nəticədə planlı qaydada islərin daha asan olmasını anladıq.

Həm alqoritmin növlərində,həm təqdimolunmasinda işlərin asan və tez başa gəldiyini həll etdik.
Sxemlərlə,modellərlə,blok-sxemlə daha aydin verilməsini və məsələlərin həllini tapdıq.


Картинки по запросу budaqlanan alqoritm

UĞUR QAZANMAĞIN ƏN ASAN YOLU-ONLARI PLANLAŞDIRIN!!



success
Hər bir problemin həlli var, yeganə çətinlik onu tapmaqdan ibarətdir.
Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız.
Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır. Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.
İnsan daima seçim arasındadır: “nahara nə alsın?”, “dincəlməyə hara getsin?”, “hansı ali təhsil müəssisəsində təhsil alsın?”, “hansı peşəni seçsin?”, “millyon necə qazansın?” və s. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə ,uğursuzluğa, itkiyə səbəb ola bilər.
Düzgün seçim həyata keçirmək üçün mütləq müddətini təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında maneələr yaradır. Çünki duyğular üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbətdə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən asılıdır. Necə deyirlər: “Müdriklik illərlə gəlir”(düzünü desək, bunu da hamıya aid etmək olmaz).
Uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil etmək lazımdır. Addımlarınızı götür-qoy edin. Kiçik qərarlardan başlayın. Əvvəlcə təyin edin ki, hansı qərarı qəbul etmək fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Demirəm ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edin. Yəqin ki, yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla təhlil edib müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında (təltəlşüuru) hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər.
Planlaşdırın! Siz görüləcək işləriniz barədə qeydlər edin.Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir.
Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri – obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması seçimi geciktirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi yaranır. Zaman müxtəlif variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə gec qərar qəbul etsəniz nəticədə işsiz qala bilərsiz.
Hansısa bir ciddi məsələni həll etmək üçün siz doğmaların və dostlarınızın həqiqətən faydalı məsləhətlərini də nəzərə ala bilərsiniz. Amma bir məqamı unutmayın- hamıya və hər kəsə öz problemləriniz haqqında danışmağa dəyməz. Daxili dialoq da bir çox hallarda faydalı ola bilər.
Alternativ yollar axtarın.Yalnız bir çıxış yolu ilə kifayətlənməyin. Heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşin. Təsəvvür edin ki, ilkin ideya mövcud deyil, belə vəziyyətdə nə edəcəksiniz? Əlbətdə bir neçə alternativ yollar tapacaqsınız.
Qərar qəbul etdikdən sonra, tam əminlik  yaranır və uğur gözləmək olar. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez dəyişir. Çeviklik və inad arasında balans tapın. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun.

                             Alqoritm — qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.
Latınca qayda-qanun deməkdir. Alqoritm 783850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılarmövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir.
İnformatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ qismən həll edilmiş sayılır.

Alqoritmin təsvir üsulları[redaktə | əsas redaktə]

  1. Mətn şəkildə (adi dildə)
  2. Qrafik – blok-sxem
  3. Cədvəl
  4. Proqram (alqoritmik dil).

Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar:
x : = 5 yazılır və x = 5 olur.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:
  1. Məsələnin riyazi qoyuluşu:
  • Nə verilir – ilkin verilənlərin sadalanması;
  • Nə tələb olunur – nəticələrin sadalanması ;
  • İlkin verilənlərin məhdudiyyət şərtləri.
  1. Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar.
  2. Həll metodu: riyazi modelin optimal istifadə olunmas
Proqramçı isə proqramlaşdırma dillərini bilməklə, qarşıya qoyulan məsələnin kompyuterdə həllini həyata keçirmək üçün proqram yazır və onu kompyuterdə yerinə yetirir.
Proqramlaşmanın bütün dilləri verilənlərin aşağıda göstərilən tipləri ilə işləməyə imkan verilir:
  • Tam ədədlər;
  • Məntiqi ədədlər;
  • Həqiqi ədədlər;
  • Simvollar;
  • Mətn tipli ədədlər;
  • Birtipli verilənlər cədvəli;
  • Fayllar.
kompyuterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.



Alqoritmin tipləri[redaktə | əsas redaktə]

EHM-də müxtəlif tipli məsələləri həll edərkən əsasən üç tipli alqoritmlərdən istifadə olunur: xətti (düz), budaqlanan və dövri.
  • Xətti alqoritmlər sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.
  • Budaqlanma alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.
  • Dövr alqoritmi.
Alqoritmin her hansi merhelesi tekrar-tekrar yerine yetirilirse bele alqoritm dovru alqoritm adlanir

BTemplates.com

Blogger tarafından desteklenmektedir.

Popular Posts