18 Nisan 2016 Pazartesi

                             Alqoritm — qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.
Latınca qayda-qanun deməkdir. Alqoritm 783850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılarmövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir.
İnformatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ qismən həll edilmiş sayılır.

Alqoritmin təsvir üsulları[redaktə | əsas redaktə]

  1. Mətn şəkildə (adi dildə)
  2. Qrafik – blok-sxem
  3. Cədvəl
  4. Proqram (alqoritmik dil).

Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar:
x : = 5 yazılır və x = 5 olur.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:
  1. Məsələnin riyazi qoyuluşu:
  • Nə verilir – ilkin verilənlərin sadalanması;
  • Nə tələb olunur – nəticələrin sadalanması ;
  • İlkin verilənlərin məhdudiyyət şərtləri.
  1. Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar.
  2. Həll metodu: riyazi modelin optimal istifadə olunmas
Proqramçı isə proqramlaşdırma dillərini bilməklə, qarşıya qoyulan məsələnin kompyuterdə həllini həyata keçirmək üçün proqram yazır və onu kompyuterdə yerinə yetirir.
Proqramlaşmanın bütün dilləri verilənlərin aşağıda göstərilən tipləri ilə işləməyə imkan verilir:
  • Tam ədədlər;
  • Məntiqi ədədlər;
  • Həqiqi ədədlər;
  • Simvollar;
  • Mətn tipli ədədlər;
  • Birtipli verilənlər cədvəli;
  • Fayllar.
kompyuterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.



Alqoritmin tipləri[redaktə | əsas redaktə]

EHM-də müxtəlif tipli məsələləri həll edərkən əsasən üç tipli alqoritmlərdən istifadə olunur: xətti (düz), budaqlanan və dövri.
  • Xətti alqoritmlər sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.
  • Budaqlanma alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.
  • Dövr alqoritmi.
Alqoritmin her hansi merhelesi tekrar-tekrar yerine yetirilirse bele alqoritm dovru alqoritm adlanir

1 yorum:

  1. Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's
    Tithy's Tithy's titanium carabiners Tithy's Tithy's Tithy's titanium jewelry Tithy's does titanium tarnish Tithy's Tithy's Tithy's citizen super titanium armor Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's Tithy's titanium boiling point

    YanıtlaSil

BTemplates.com

Blogger tarafından desteklenmektedir.

Popular Posts